Türkiyədə ZƏLZƏLƏ
Ankarada 4,1 bal gücündə zəlzələ baş verib.
Redaktor.az bu barədə Türkiyə KİV-ə istinadla xəbər verir.
Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyinin (AFAD) internet saytında yer alan məlumata görə, saat 08:24-də episentri Kalecikdə 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 11,08 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Nuriyyə NATİQQIZI













