Ukrayna münaqişəsi daha bir neçə il davam edə bilər

 11:11 11.09.2025     232

Ukraynadakı münaqişə daha bir neçə il davam edə bilər.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Ukraynada müharibənin daha bir neçə il uzana biləcəyini istisna etməyib.

Redaktor.az xəbər verir ki, o, ispandilli “EFE” agentliyi də daxil olmaqla bir qrup KİV-ə açıqlamasında müxtəlif inkişaf ssenarilərindən danışıb:

“Düşünürəm ki, ən real ssenari odur ki, müharibə daha bir neçə il davam edəcək. Təəssüf ki, sülh naminə göstərilən səylər, o cümlədən ABŞ Prezidenti Donald Trampın təşəbbüsləri heç bir nəticə vermədi”, – Kallas bildirib.

Onun sözlərinə görə, ən pessimist variantda Ukrayna müəyyən ərazilərindən imtina etməli ola bilər.

Vumart və Güvən reklamı Vumart Güvən