Polşa BMT Təhlükəsizlik Şurasını çağıracaq

 12:20 11.09.2025     222

Polşanın xahişi ilə BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası çağırılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Polşanın tələbindən sonra Polşanın hava məkanının pozulması ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası çağırılacaq”, - nazirliyin X səhifəsində bildirilib.

Diplomatlar həmçinin Rusiyanın Polşanın hava məkanını pozduğunu iddia ediblər. Görüşün tarixi dəqiqləşdirilməyib, lakin diplomatik mənbə daha əvvəl TASS-a bildirib ki, bu, cümə günü, sentyabrın 12-də baş tuta bilər.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən