Suriyada Hizbullah üzvləri həbs olunub

 14:38 11.09.2025     249

Suriyanın paytaxtı Dəməşqdə Hizbullah üzvləri həbs olunub.

Redaktor.az xəbər verir ki, Suriya Daxili İşlər Nazirliyi həbs olunan “şəbəkə üzvlərinin Livanda təlim keçdiyini və Suriyada stabilliyi pozmaq üçün əməliyyatlar planlaşdırdığını” açıqlayıb.

Hizbullah üzvlərində raket atan qurğular, 19 ədəd “Qrad” raketi, zireh əleyhinə raketlər və şəxsi istifadə üçün odlu silahlar aşkarlanaraq götürülüb.

Saxlanılan Hizbullah üzvlərinin sayı barədə məlumat verilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən