Putin Trampla nə vaxt danışacaq? - Peskov CAVAB VERDİ

 15:51 11.09.2025     299

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında yeni telefon danışığı ilə bağlı hələlik razılaşma yoxdur.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

"Xeyr, hələlik telefon əlaqəsinin tarixi ilə bağlı konkret razılaşmalar yoxdur. Amma lazım gələrsə, belə bir söhbət çox və çox tez razılaşdırıla bilər; bunun üçün bütün kanallar mövcuddur", - Kreml nümayəndəsi bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən