“Yeganə çıxış siyasi həldir” – KƏŞ-dən Moskva və Kiyevə mesaj

 16:16 11.09.2025     280

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası (KƏŞ) Ukraynadakı münaqişənin siyasi həllinə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Casim əl-Budaivi bildirib.

“Biz bir daha təsdiq edirik ki, böhranın daha da gərginləşməsinin qarşısını almaq üçün siyasi həll bu münaqişənin həllinin yeganə yoludur”, - deyə baş katib bildirib.

Əl-Budaivi əlavə edib ki, Körfəz Əməkdaşlıq Şurası mövcud vəziyyətin həllinə yönələcək istənilən təşəbbüsləri alqışlayır.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən