Ankara yaxınlığında zəlzələ baş verdi

 16:54 11.09.2025     383

Ankaradan 70 km şimal-şərqdə 4,1 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədən Ankara Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Seysmik hadisənin episentrinin Kalecik şəhəri yaxınlığında yerləşdiyi bildirilir.

Ankarada bəzi ərazilərdə zəif seysmik aktivlik hiss olunub. Yeraltı təkanları çoxmərtəbəli və köhnə tikililərin sakinləri hiss ediblər.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən