TDT ölkələrinin təhlükəsizlik şuraları katiblərinin iclası keçirildi

 13:40 12.09.2025     232

Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuralarının katiblərinin 4-cü toplantısı keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə TDT Baş katibi Kubanıçbek Ömüralıyev özünün “X” hesabında paylaşım edib.

“İclasdakı çıxışımda təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi, stabilliyin möhkəmləndirilməsi və türk dünyasında sülhün təmin olunmasının vacibliyini vurğuladım. Qırğız tərəfinə ev sahibliyinə görə və bütün nümayəndə heyətlərinə regional təhlükəsizlik və əməkdaşlığın inkişaf etdirilməsinə verdikləri dəyərli töhfələrinə təşəkkür edirəm”,- Ömüralıyev qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən