ABŞ və Çin rəsmiləri mübahisəli ticarət məsələləri ilə bağlı Madriddə görüş keçirib

 20:08 14.09.2025     241

ABŞ və Çin nümayəndə heyətləri Madriddə mübahisəli ticarət məsələləri, tariflər və ixrac məhdudiyyətləri ilə bağlı danışıqların növbəti mərhələsinə başlayıblar.

Redaktor.az bu barədə EFE agentliyinə istinadən xəbər verir.

ABŞ nümayəndə heyətinə maliyyə naziri Skott Bessent, Çin nümayəndə heyətinə isə Dövlət Şurasının baş nazirinin müavini He Lifeng başçılıq edir.

Nümayəndə heyətlərinin sentyabrın 17-dək İspaniyada danışıqlar aparacağı gözlənilir.

Tərəflər bundan əvvəl Cenevrə, London və Stokholmda danışıqlar aparıblar.

Vumart və Güvən reklamı Vumart Güvən