Kiyevdə binada qumbara partlayıb

 20:30 15.09.2025     259

Kiyevin Dneprovski rayonunda çoxmərtəbəli binalardan birində partlayış baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Kiyev polisi “Telegram”da məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, ilkin məlumatlara əsasən, mənzildə qumbara partlayıb.

Partlayış nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

Hadisə yerində Dneprovski rayon polis idarəsinin istintaq-operativ qrupu, partlayış mütəxəssisləri, kinoloqlar və digər xidmətlər işləyir.

Vumart və Güvən reklamı Vumart Güvən