“TikTok”la bağlı RAZILIQ

 00:00 17.09.2025     258

Amerika Birləşmiş Ştatları “TikTok” sosial şəbəkəsi ilə bağlı Çinlə razılığa gəlib. 

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya getməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“TikTok”la bağlı razılaşmamız var. Mən Çinlə razılığa gəldim”, - Ağ Evin rəhbəri bildirib. Tramp razılaşmanın təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, ABŞ Ali Məhkəməsi daha öncə “TikTok”un ölkədə bloklanması ilə bağlı qərar qəbul etmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən