Qırğızıstanda KTMT-nin hərbi təlimləri başladı

 09:00 17.09.2025     192

Qırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi təlimləri başlayıb.

Redaktor.az “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, təlimlərdə Qırğızıstan, Qazaxıstan, Rusiya və Tacikistanın hərbi qulluqçuları iştirak edir.

Manevrlərə ordu aviasiyası və PUA bölmələri, döyüş katerləri cəlb olunacaq. Ümumilikdə təxminən 500 ədəd müxtəlif hərbi texnika iştirak edir.

Vumart və Güvən reklamı Vumart Güvən