“Ağrıdağın təsviri ilə bağlı qərar Türkiyənin tələbləri ilə əlaqədar deyil”

 13:40 18.09.2025     174

“Viza möhürlərindən Ağrıdağın təsvirinin çıxarılması qərarı Türkiyənin tələbləri ilə əlaqədar deyil”.

Redaktor.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, bu addım ölkənin dövlətçiliyini möhkəmləndirmək məqsədi daşıyır:

“Biz özümüz Ermənistanın ərazi bütövlüyünü tanımalıyıq ki, dövlətin davamlılığı təmin olunsun. İstəyirik ki, Ermənistan məsuliyyətli dövlət olsun və beynəlxalq qaydalara uyğun yaşasın”.

Xatırladaq ki, Ermənistana giriş-çıxış zamanı Ağrıdağ artıq sərhəd möhüründə təsvir olunmayacaq. 

Vumart və Güvən reklamı Vumart Güvən