İsrail İordaniya ilə sərhəd-keçid məntəqəsini bağladı

 12:22 19.09.2025     188

İsrail İordan çayının qərb sahili və İordaniya arasında olan sərhəd-keçid məntəqəsini növbəti xəbərdarlığa qədər bağlayıb.

Redaktor.az İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrail Hava Limanları Agentliyi məlumat yayıb.

Qeyd edək ki, dünən sözügedən keçid məntəqəsində iordaniyalı sürücü odlu və soyuq silahdan istifadə edərək iki İsrail hərbçisini qətlə yetirib.

Vumart və Güvən reklamı Vumart Güvən