BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi vəzifəsindən gedir

 14:51 19.09.2025     179

BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen şəxsi səbəblərə görə istefa verəcəyini açıqlayıb.

Redaktor.az "The Guardian"a istinadən xəbər verir ki, o, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında açıqlama verib.

"BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi kimi, 6 il yarımdan çox işlədikdən sonra istefa vermək niyyətim barədə BMT Baş katibinə məlumat verdim və o, xahişimi nəzakətlə qəbul etdi. Uzunmüddətli xidmətdən sonra öz istəyimlə vəzifəmdən ayrılmağı planlaşdırırdım", - deyə Pedersen bildirib.

69 yaşlı xüsusi nümayəndənin gedişinin dəqiq tarixi açıqlanmayıb. 

Vumart və Güvən reklamı Vumart Güvən