ABŞ Polşaya 253 "Javelin" tank əleyhinə raket verəcək

 15:51 19.09.2025     213

Vaşinqton Varşavaya "Javelin" tank əleyhinə raket kompleksləri və 2506 raket tədarük edəcək.

Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış məlumat verib.

O, açıqlamasında bildirib ki, ABŞ Dövlət Departamenti Polşaya 253 buraxılış qurğusu və 2506 raket, həmçinin zəruri təlim və ehtiyat hissələrinin satışını təsdiqləyib.

Söhbət müxtəlif növ zirehli texnikaları, o cümlədən dinamik mühafizə ilə təchiz olunmuşları məhv etməyə qadir olan FGM-148F raketlərindən gedir.

Vumart və Güvən reklamı Vumart Güvən