Krımda PUA hücumu nəticəsində 15 nəfər yaralanıb

 00:00 22.09.2025     244

Krımda Ukrayna ordusunun hücumu nəticəsində 15 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Krıma hazırda rəhbərlik edən Sergey Aksyonov öz “Telegram” kanalında məlumat verib.

O hadisə zamanı ölənlərin də olduğunu bildirib. Onların sayı dəqiqləşdirilir. 

"Yaralananlar və ölənlər var. Hazırda yaralıların sayı təxminən 15 nəfərdir, ölənlərin sayı dəqiqləşdirilir", - o yazıb.

Aksyonov həmçinin kəndlərdən birində yerləşən “Foros” sanatoriyası və məktəbin ərazisindəki bir neçə obyektə ziyan dəydiyini bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən