Tehranın Azadi Qülləsi Ermənistan bayrağına boyandı

 16:00 22.09.2025     231

Tehranın simvolu olan Azadi Qülləsi Ermənistan bayrağının rənglərilə işıqlandırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb. Azadi Qülləsinin Ermənistan bayrağına bürünməsi bu ölkənin müstəqilliyinin 34-cü ildönümünü münasibətilə gerçəkləşdirilib.

Bundan başqa, Azadi Qülləsi Ermənistan bayrağına boyanarkən Ermənistan Respublikasının dövlət himni də səsləndirilib.

Ermənistanın rəsmi və milli bayramlarından biri olan Müstəqillik Günü hər il sentyabrın 21-də qeyd olunur.

1991-ci il sentyabrın 21-də keçirilən müstəqillik referendumunda ermənilər 94,39 faiz səslə SSRİ-dən ayrılmağa səs veriblər.

Ermənistan Respublikasının Ali Soveti 1990-cı il avqustun 23-də Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsini qəbul edib.

Vumart və Güvən reklamı Vumart Güvən