İtaliya İsraili Qəzza zolağının bombalanmasını dayandırmağa çağırdı
İtaliya tərəfləri Qəzza zolağının bombalanmasını dərhal dayandırmağa və Həmas tərəfindən saxlanılan girovların azad etməyə çağırıb.
Redaktor.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani deyib.
"BMT çox aydın mesaj göndərir: İsrail Qəzza zolağının bombalanmasını dayandırmalı, Həmas isə bütün girovları azad etməlidir", - nazir deyib.
O, İtaliyanın münaqişənin iki dövlətli həlli üçün səylərini davam etdirəcəyini, həmçinin Fələstin əhalisinə yardım göstərəcəyini bildirib.












