Bu ölkə də Fələstinin müstəqilliyini tanıdı

 09:34 23.09.2025     204

Belçika Fələstinin müstəqilliyini tanıyıb.

Redaktor.az xəbər verir ki, bunu Belçikanın baş naziri Bart de Vever BMT Baş Assambleyasının sessiyası çərçivəsində açıqlayıb.

O, ölkəsinin Fələstin Dövlətini tanıdığını bildirib və bu qərarın güclü siyasi və diplomatik siqnal olduğunu vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Fransa, Kanada, Avstraliya və Böyük Britaniya da Fələstin dövlətini rəsmən tanıdıqlarını açıqlamışdılar.

Vumart və Güvən reklamı Vumart Güvən