Nyu-Yorkda Ərdoğanın səsi KƏSİLİB?
Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən beynəlxalq konfransda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışının kəsilməsi ilə bağlı iddialar yayılıb.
Redaktor.az xəbər verir ki, Türkiyə Prezidentinin Administrasiyasının Kommunikasiya İdarəsi bildirilib ki, dövlət və hökumət başçılarına çıxış üçün 5 dəqiqə, digər çıxış edənlərə isə 3 dəqiqə vaxt ayrılıb.
Ərdoğanın çıxışına da bu qayda tətbiq olunub.
“Prezidentimizin çıxışının yarımçıq saxlanılması və ya sözünün kəsilməsi qətiyyən mümkün deyil. Sadəcə, çıxış zamanı alqışlarla tez-tez fasilə verildiyi üçün müəyyən olunmuş vaxt həddini aşıb və texniki qaydaya əsasən mikrofon 5-ci dəqiqənin sonunda avtomatik bağlanıb. Cənab Prezident çıxışını qısa müddət sonra tamamlayıb”, – deyə açıqlamada vurğulanıb.
Bildirilib ki, eyni texniki prosedur İndoneziya Prezidentinin çıxışı zamanı da tətbiq olunub.












