Polşa Belarusla sərhədini açır

 18:10 23.09.2025     233

Polşa hakimiyyəti Belarusla sərhədi açmaq qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Task məlumat yayıb. 

"Daxili işlər naziri, administrasiya və mən Belarusla sərhəd-keçid məntəqələrini yenidən açmaq qərarına gəldik. O, qərarı bu gün imzalayacaq", - Polşanın baş naziri deyib.

Task əlavə edib ki, ölkələr arasında sərhəd sentyabrın 25-i açılacaq. Polşa hakimiyyəti sentyabrın 12-də Belarusla sərhədi bağlayıb. Brest keçid məntəqəsində metal hasar və tikanlı məftillər quraşdırılıb. Varşava da sərhədə on minlərlə hərbçi yerləşdirib. Polşa bu addımları Rusiya və Belarusun birgə keçirdiyi Zapad-2025 hərbi təlimləri ilə əlaqələndirib.

Vumart və Güvən reklamı Vumart Güvən