"Çin Moskvanı dayanmağa məcbur edə bilərdi, amma susur" - Zelenski

 10:11 24.09.2025     296

Ukrayna Prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında Çinə müraciət edərək Pekini sülhün təmin olunması üçün aktiv addımlar atmamaqda ittiham edib.

Redaktor.az xəbər verir ki, onun sözləri dövlət başçısının rəsmi saytında dərc olunub.

Əgər Çin həqiqətən bu müharibəni dayandırmaq istəsəydi, Moskvanı dayanmağa məcbur edə bilərdi. Lakin Çin çox vaxt susur və sülh naminə fəal addımlar atmaq əvəzinə kənarda qalır" - deyə Zelenski qeyd edib.

Dövlət başçısı daha əvvəl dəfələrlə vurğulayıb ki, Çin Ukraynanın təhlükəsizliyinin təminatçısı roluna uyğun deyil. O qeyd edib ki, Pekin müharibənin ilk günlərindən Kiyevə yardım etməyib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən