"Tramp və Putin arasında xüsusi əlaqələr mövcuddur"

 10:31 24.09.2025     270

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ prezidenti Donald Tramp Kiyevdən gələn məlumatlara daha çox etibar etməyə başlayıb.

Redaktor.az bu haqda xarixi KİV-ə istinadla məlumat verir.

“Əvvəllər Tramp Putinə etibar edirdi. Təbii ki, indi mənim məlumatlarıma daha çox inanır; bunlar mənim kəşfiyyat və hərbi qurumlarım tərəfindən tərəfdaşlara paylaşılır”, - deyə Zelenskiy qeyd edib.

Ukrayna lideri həmçinin vurğulayıb ki, Tramp və Putin arasında xüsusi əlaqələr mövcuddur, lakin onun nə üzərində qurulduğunu dəqiq bilmir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən