Ukrayna Trampı "Nobel"ə namizəd irəli sürə bilər - Bir şərtlə ki...

 11:53 24.09.2025     225

Ukrayna ABŞ prezidenti Donald Trampı Rusiya ilə müharibəni dayandıra bilsə, Nobel Sülh Mükafatına namizəd göstərməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski xarici KİV-ə müsahibəsində deyib.

"Trampın bu müharibəni bitirmək şansı var və o, bunu edə bilsə, mən tam əminəm ki, bütün ukraynalılar onun namizədliyini məmnuniyyətlə müdafiə edəcək", - Ukrayna prezidenti Trampla danışdıqdan sonra bildirib.

Trampın özü “Kiyev onun namizədliyini irəli sürə bilərmi” sualına “Niyə də olmasın?” deyə cavab verib.

Vumart və Güvən reklamı Vumart Güvən