"Trampın tətbiq etdiyi gömrük rüsumlarının təsiri bu il dünya iqtisadiyyatında hiss olunmayacaq" - Peskov

 12:35 24.09.2025     316

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ hakimiyyətinin əksər ölkələrə qarşı sərt gömrük siyasətinin təsirinin bir neçə il sonra dünya iqtisadiyyatına mənfi təsir göstərəcəyini bildirib.

Redaktor.az xəbər verir ki, o, bu haqda RBK radiosuna verdiyi müsahibədə danışıb.

Peskov qeyd edib ki, Trampın tətbiq etdiyi gömrük rüsumlarının təsiri bu il dünya iqtisadiyyatına çox güman ki, hiss olunmayacaq. Çünki şirkətlər ABŞ-nin məhdudlaşdırıcı gömrük tədbirlərindən əvvəl, ilk yarım ildə, malların tədarükünü sürətlə artırmağa müvəffəq olublar.

Lakin mətbuat katibi xəbərdarlıq edib ki, gələcəkdə proteksionist tədbirlərin təsiri artacaq: “Onlar (ABŞ rüsumları) bir neçə il sonra dünya iqtisadiyyatına təsir göstərəcək. Təsir isə gecikmişdir”, - deyə Peskov bildirib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən