''Trampın Ukrayna ilə bağlı mövqeyindən sonra Avropa daha da fəallaşmalıdır''- Almaniya XİN

 13:50 24.09.2025     201

ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyindən sonra Avropa daha da fəallaşmalıdır.

Redaktor.az ''Reuters''ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful “Deutschlandfunk” radiosuna verdiyi müsahibədə bildirib.

Nazir vurğulayıb ki, Trampın Kiyevin Rusiyadan bütün ərazilərini geri almaqla bağlı səylərinə dəstək verməsindən sonra Avropa "böyüməli" və Ukraynaya dəstəyini artırmalıdır, Vadeful çərşənbə günü bildirib.

Vadeful qeyd edib ki, Tramp artıq başa düşüb ki, onun şəxsi səyləri Rusiya Prezidenti Vladimir Putini Ukraynadakı müharibəni dayandırmağa inandıra bilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən