ABŞ-nin birinci xanımı və Yelena Zelenskaya GÖRÜŞDÜLƏR

 17:12 24.09.2025     273

ABŞ-nin birinci xanımı Melaniya Tramp BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya ilə görüş keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın “Obşestvennoye” nəşri Kiyev nümayəndə heyətindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, görüş Baş Assambleyanın kuluarlarında baş tutub və tərəflər arasında ikitərəfli müzakirələr aparılıb.

Xatırladaq ki, daha əvvəl “New York Post” qəzeti ABŞ-ın birinci xanımının baş müşaviri Mark Bekmana istinadən Nyu-Yorkda belə bir görüşün keçirilməyəcəyini yazmışdı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən