Lula da Silva Ukrayna münaqişəsinin həlli ilə bağlı Tramp ilə danışıqlar aparacaq

 09:50 25.09.2025     191

Braziliya Prezidenti Lula da Silva bildirib ki, yaxın vaxtlarda ABŞ lideri Donald Tramp ilə Ukraynada münaqişənin sülh yolu ilə həlli imkanlarını müzakirə etməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə Braziliya lideri Nyu-Yorkda BMT-nin mənzil-qərargahında keçirilən mətbuat konfransında açıqlama verib.

“Ukrayna müharibəsi mövzusunda Tramp ilə danışıqlar aparacağam. Mən bilirəm ki, o, Rusiya Prezidenti Vladimir Putinin dostudur, mən də Putinin dostuyam. Əgər bir dost çox şey edə bilirsə, iki dost daha da çox şey edə bilər”, – deyə Lula qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən