Tramp Ukraynanın Rusiyanın enerji infrastrukturlarına hücumuna "yaşıl işıq" yandırdı

 14:00 25.09.2025     187

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı enerji infrastrukturlarına hücum edəcəyi təqdirdə, Rusiyaya cavab zərbələrinin endirilməsinə razılıq verib.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Axios”a müsahibəsində deyib.

Onun sözlərinə görə, cavab zərbələri Rusiyanın enerji təsisatlarına və silah istehsalı zavodlarına qarşı həyata keçiriləcək.

Zelenski ABŞ-dən əlavə uzaq mənzilli raketlərin alınacağı təqdirdə, onların istifadə ediləcəyini əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən