Tbilisidə oteldə atışma oldu - Bir nəfər girov götürüldü

 18:10 25.09.2025     223

Tbilisidə “Holiday Inn” otelində atışma olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.

Məlumata görə, oteldə qalanlardan biri öz otağında atəş açıb.

“Formula” telekanalı bildirir ki, “Holiday Inn”də naməlum şəxs başqa bir şəxsi girov götürüb.

Otelin binasına polis, eləcə də xilasedicilər göndərilib.

Daxili İşlər Nazirliyindən hələlik rəsmi açıqlama verilməyib.

İlkin məlumata görə, atışmada şübhəli bilinən şəxs saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən