Tramp Ərdoğanın Ukraynadakı münaqişənin həllində rolunu yüksək qiymətləndirdi
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı münaqişənin sona çatmasına mühüm təsir göstərə bilər.
Redaktor.az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Düşünürəm ki, o, istəsə, böyük təsir göstərə bilər. O, çox neytraldır", - Amerika lideri bildirib.
Sentyabrın 23-də BMT Baş Assambleyasında çıxışı zamanı Ərdoğan Ukrayna münaqişəsinin həlli üçün fəaliyyətini davam etdirməyə hazır olduğunu qeyd edib. O, Türkiyədə Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətləri arasında görüşlərin keçirildiyini xatırladıb.
Aminə ŞAHSUVARQIZI












