Tramp yenidən Putindən məyus olduğunu bəyan etdi

 20:42 25.09.2025     211

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə rusiyalı həmkarı Vladimir Putindən məyus olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ukrayna münaqişəsini müzakirə edərkən deyib:

“Mən Putindən çox məyus oldum”.

Sentyabrda Amerika lideri qeyd edib ki, o,  Ukraynadakı münaqişənin sona çatmasına kömək etməyi öz vəzifəsi hesab edir, lakin bunun davam etməsindən məyus olur.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən