Gürcüstan və Türkiyə rəsmiləri regional təhlükəsizlik məsələlərini müzakirə etdilər

 21:24 25.09.2025     285

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə səfərdə olan Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ilə görüşüb.

Redaktor.az xəbər verir ki, görüşdə ölkələr arasında dostluq və strateji tərəfdaşlıq məsələləri diqqət mərkəzində olub. İki ölkənin daxili işlər nazirlikləri arasında tərəfdaşlığın səmərəliyini qeyd edilib.

Görüşdə dünyada və regionda baş verən proseslər, Gürcüstan və Türkiyənin sabitliyin və sülhün təşviqindəki rolu müzakirə olunub.

İ.Kobaxidze türkiyəli nazirə Gürcüstana səfərinə görə təşəkkür edib və belə yüksək səviyyəli səfərlərin ölkələr arasında strateji tərəfdaşlığın daha da inkişafına töhfə verdiyini vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən