Donald Tramp Türkiyəyə F-35 qırıcılarının satışı ilə bağlı sanksiyaları ləğv edə biləcəyini açıqladı
ABŞ-nin Türkiyəyə F-35 təyyarələrinin satışı ilə bağlı tətbiq etdiyi sanksiyalar dərhal ləğv edilə bilər.
Redaktor.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüş zamanı mediaya açıqlamasında deyib.
“Biz F-35-i müzakirə edəcəyik və məncə, o, almaq istədiyini ala biləcək. Mən bilirəm ki, o, F-35 istəyir. Biz bu barədə çox ciddi danışırıq. Onun və bizim müəyyən məsələlərə ehtiyacımız var. Düşünürəm ki, biz bir nəticəyə gələcəyik”, - deyə Tramp bildirib.












