Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcək
ABŞ Prezidenti Donald Tramp İsrailin İordan çayının qərb sahilini ilhaqına icazə verməyəcəyini bildirib.
Redaktor.az xəbər verir ki, Tramp bu haqda Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcəyəm. Bəsdir. Artıq dayanmağın vaxtıdır", - o deyib.












