Sarkozi Makrondan əfv istəyir?

 16:36 26.09.2025     267

Beş il həbs cəzasına məhkum edilmiş Fransanın keçmiş prezidenti Nikola Sarkozi Fransa lideri Emmanuel Makrondan əfv istəmək niyyətində deyil.

Redaktor.az xəbər verir ki, bu barədə onun vəkili Jan-Mişel Darroy BFMTV- yə müsahibəsində bildirib.

"O, təqsirsizliyini nümayiş etdirmək istədiyi üçün əfv istəmək haqqında düşünmür", - vəkil bildirib. O, Sarkozinin cəzasının hüquqi baxımdan əsassız olduğunu bildirib. 

Vumart və Güvən reklamı Vumart Güvən