Paşinyan Ərdoğanla arasında etimad səviyyəsinin durmadan artdığını dedi

 20:29 27.09.2025     228

“Mənimlə Ərdoğan arasında etimad səviyyəsi durmadan artır”.

Redaktor.az xəbər verir ki, bunu Ermənistan prezidenti Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı deyib. 

O, Ankara ilə dialoqu görünməmiş və müsbət, Türkiyə prezidenti ilə görüşlərini isə müntəzəm olaraq qiymətləndirib. 

Ermənistanın baş naziri əmindir ki, bu, yaxın gələcəkdə diplomatik münasibətlərin qurulması və sərhədlərin tam açılması kimi müsbət nəticələr verəcək.

Vumart və Güvən reklamı Vumart Güvən