ABŞ-də Miçiqan ştatında yerləşən kilsədə atışma oldu

 20:34 28.09.2025     254

ABŞ-nin Miçiqan ştatının Qrand-Blenk şəhərindəki kilsədə atışma baş verib.

Bu barədə Redaktor.az CNN-ə istinadən xəbər verir.

Atışma nəticəsində bir neçə nəfər xəsarət alıb, atəş açan şəxs isə zərərsizləşdirilib.

Hadisədən sonra kilsəni alov bürüyüb. Yerli hakimiyyət orqanları vətəndaşları atışmanın baş verdiyi ərazidən uzaq durmağa çağırır.

Hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər isə hələ də davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən