ABŞ-də atışmadan sonra kilsəni yandırdılar

 22:15 28.09.2025     247

ABŞ-də Miçiqan ştatının Qrand Blank şəhərində kilsədə atışma baş verib.

Redaktor.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Hadisəni törədən şəxs daha sonra kilsəni yandırıb. Qurbanların sayının artacağı istisna edilmir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polislər tərəfindən zərərsizləşdirilib.

Vumart və Güvən reklamı Vumart Güvən