Yəməndə gəmi atəşə TUTULDU

 19:36 29.09.2025     271

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımaları Koordinasiya Mərkəzi (UKMTO) Ədən yaxınlığında bir gəminin atəşə tutulması barədə məlumat yayıb.

Redaktor.az xəbər verir ki, mərkəzin açıqlamasında gəminin naməlum mərmi ilə vurulduğu deyilir.

Bundan əvvəl mərkəz gəmi heyətinin tüstü müşahidə etdiyini açıqlamışdı.

Eyni zamanda, "Reuters" agentliyi dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış Britaniyanın "Ambrey" şirkətinə istinadən bildirib ki, Ədənin 120 dəniz mili cənub-şərqində Niderland bayrağı altında üzən yük gəmisi hücuma məruz qalıb.

Vumart və Güvən reklamı Vumart Güvən