HƏMAS bu gün irəli sürdüyümüz planı qəbul etməlidi - Tramp

 23:30 29.09.2025     240

“HƏMAS bu gün irəli sürdüyümüz planı qəbul etməlidir”.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə mətbuat konfransı zamanı deyib. O, bildirib ki, Qəzzada müharibəni dayandırmaq və regionun yenidən qurulmasına başlamaq üçün çoxşaxəli razılaşmaya vasitəçilik etməyə çalışdığı bir vaxtda HƏMAS da sülh sazişi ilə razılaşmalıdır.

“Bu, bizim qarşılaşdığımızdan fərqli bir HƏMAS-dır, çünki 20 mindən çox üzvü öldürülüb. Onların rəhbərliyi üç dəfə öldürüldü. Buna görə də siz həqiqətən son 4-5 il ərzində qarşılaşdığımızdan daha fərqli insanlarla üz-üzəsiniz”,- deyə Tramp əlavə edib.

O, HƏMAS razılaşmanı rədd edərsə, ABŞ İsrailin Qəzzaya davam edən müdaxiləsini dəstəkləyəcəyinə işarə edib.

Vumart və Güvən reklamı Vumart Güvən