Ermənistan Trampın Qəzza planını alqışlayır

 14:31 30.09.2025     266

Ermənistan ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında vəziyyətin nizamlanması ilə bağlı sülh planını alqışlayır.

Reeaktor.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in "X" hesabında dərc olunmuş bəyanatında deyilir.

"Biz ABŞ Prezidenti Donald Trampın Qəzza böhranına son qoyulması ilə bağlı təşəbbüsünü dəstəkləyirik. Ermənistan tərəflərin bu təklifi reallaşdıracağına və sülhün dərhal bərqərar olacağına ümid edir", - bəyanatda qeyd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən