İranda tələbə avtobusu TIR-la toqquşub, ölənlər və xəsarət alanlar VAR

 14:55 30.09.2025     239

İranda tələbələri daşıyan avtobusun uğradığı yol nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, sürücü də daxil olmaqla başqa sərnişinlər də yaralanıb.

Redaktor.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi sentyabrın 30-da Simnan əyalətindəki Simnan-Sorxe avtomagistral yolda olub.

Bildirilib ki, tibb fakültəsinin tələblərini aparan avtobus TIR-la toqquşaraq yoldan çıxıb. Məlumata görə, hadisə nəticəsində 20 və 25 yaşlarında iki qadın ölüb.

İnformasiyaya əsasən, avtobusda ümumilikdə 11 qadın olub.

Hadisənin səbəbi araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən