Canavarlar dörd uşağı parçalayıb öldürdü

 13:11 01.10.2025     227

Hindistanın Uttar-Pradeş ştatında canavarlar dörd uşağı və bir qocanı parçalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri məlumat dərc edib. 

"Yırtıcı heyvanlar Mjara-Taukli və onlarla kəndin ətrafında gəzir. Sentyabrın 9-dan 30-a qədər ərazidə altı nəfər, o cümlədən dörd uşaq və bir qoca ölüb", - hesabatda deyilir.

Bildirilir ki, canavarların hücumu nəticəsində azı 20 kənd sakini yaralanıb.

Vumart və Güvən reklamı Vumart Güvən