"Sözümü bəyənməyən zalı tərk etsin!" - Trampdan məmurlara

 10:27 02.10.2025     228

ABŞ Prezidenti Donald Tramp Amerika ordusunun yüzlərlə yüksək rütbəli komandirləri qarşısında etdiyi çıxışı ilə gündəmə gəlib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Virciniyadakı hərbi bazada 800-ə yaxın yüksək rütbəli zabiti toplayan Tramp bir saatlıq nitqlə bir çox mövzuda, o cümlədən ordunun fəaliyyəti və qlobal məsələlərlə bağlı mesajlar verib.

Belə ki, Tramp tribunada "Dediklərim xoşunuza gəlmirsə, otağı tərk edə bilərsiniz, amma o zaman rütbəniz də, gələcəyiniz də itiriləcək...", -  deyərək çıxışına başlayıb.

Çıxışında daxili təhlükəsizlik məsələlərinə diqqət çəkən Tramp, ölkənin cinayət və qeyri-qanuni immiqrasiyadan qaynaqlanan “daxili müharibə” ilə üz-üzə olduğunu müdafiə edib. 

Vumart və Güvən reklamı Vumart Güvən