Ankara və Tbilisi arasında birbaşa uçuşlar bərpa olundu

 11:45 02.10.2025     218

Türkiyə və Gürcüstanın paytaxtları –Ankara və Tbilisi şəhərləri arasında birbaşa aviareyslər bərpa olunub.

Redaktor.az xəbər verir ki, “Türk Hava Yolları”nın törəməsi olan aşağıbüdcəli “A Jet” şirkəti ilk Ankara-Tbilisi reysini yerinə yetirib.

Gürcüstanın Hava Limanları Assosiasiyasından bildirilib ki, aviaşirkət Ankara-Tbilisi-Ankara marşrutu üzrə həftədə dörd reys həyata keçirəcək.

İlk reysin sərnişinləri arasında Gürcüstanın Türkiyədəki səfiri Arçil Kalandiya və “A Jet” şirkətinin baş direktoru Kerem Sarp da olub.

Vumart və Güvən reklamı Vumart Güvən