Hərbçilər medallarını geri qaytardı- İrəvanda etiraz aksiyası
Ermənistanda hərbçilər hökumət binasının qarşısında etiraz aksiyası keçirirlər.
Redaktor.az erməni KİV-ə istinadən xəbər verir ki, onlar 44 günlük müharibəyə görə aldıqları medalları geri qaytarıblar.
Etirazçılar bildirib ki, medalların əsasını təşkil edən hər bir dəyər, ideya, fədakarlıq ləğv edilirsə, o zaman bu medallar da yararsızdır.












