Qəzzada ölənlərin sayı durmadan ARTIR
İsrailin Qəzza zolağına davam edən hücumlarında ölənlərin sayı artmaqda davam edir.
Redaktor.az ölkə mediasına istinadla xəbər verir ki, son 24 saatda daha 77 nəfərin həlak olması ilə ümumi can itkilərinin sayı 66 min 225-ə yüksəlib.
Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, son bir gündə bölgədəki xəstəxanalara 77 meyit və 222 yaralı gətirilib.
Ümumilikdə, 2023-cü il 7 oktyabrdan bəri İsrailin Qəzzəyə hücumlarında 66 min 225 nəfər həlak olub, 168 min 938 nəfər isə yaralanıb.
Nuriyyə NATİQQIZI













