Universitetdə partlayış: 1 ölü 4 yaralı

 17:24 02.10.2025     231

İranda Tehran Universitetinin Mühəndislik fakültəsində güclü partlayış baş verib.

Redaktor.az İran KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 1 tələbə həyatını itirib, 4 nəfər isə yaralanıb.

Məlumata görə, partlayış universitetin Əmirabad bölgəsində yerləşən Materiallar və Metallurgiya fakültəsinin laboratoriyasında qeydə alınıb. İlkin ehtimallara əsasən, partlayışa laboratoriyada yerləşən hidrogen kapsulunun partlaması səbəb olub.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Yaralı tələbələr xəstəxanaya yerləşdirilib.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən